Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi məqsədlər üçün istifadə olunan enerji, liman və dəmir yolu infrastrukturu obyektlərinə gecə hücumları həyata keçirdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Rusiya ordusu Rovne vilayətində Ukrayna ordusunun logistikasını təmin edən yarımstansiyanı, Odessa vilayətindəki Çornomorsk limanının bərə terminalını və yarımstansiyanı, eləcə də Dnepropetrovsk şəhərində dəmir yolu stansiyası yaxınlığında iki lokomotivi vurub.
Bundan başqa, Qara dənizdə hərbi yüklər daşıyan gəminin də hədəf alındığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 533 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən müxtəlif bölgələrdə məhv edildiyini iddia edib.