Bu ölkədə 340 mindən çox insan məcburi köçkünə çevrildi

Yəməndə husilər və hökumət qüvvələri arasında davam edən döyüşlər nəticəsində 340 mindən çox insan məcburi köçkünə çevrilib.

Bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, ölkədə davam edən döyüşlər və artan qeyri-sabitlik çoxsaylı insanları evlərini tərk etməyə məcbur edib.

Xatırladaq ki, oktyabr ayında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə 280 min məcburi köçkünün olduğunu açıqlamışdı. Təşkilat münaqişənin gərginliyinin azaldılmasına və döyüşlərdən zərər çəkmiş ərazilərə humanitar yardımın çatdırılmasına çağırıb.