Bakı, 14 noyabr, AZƏRTAC ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkə üzrə hava limanlarında uçuşların dayandırılmasının kiberhücum nəticəsində baş verdiyini ehtimal etmir.AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.Məlumata görə, FTB hadisənin kiberhücum və ya digər cinayətkar fəaliyyətlə əlaqəli olmadığını bildirir. Bununla yanaşı, büro nasazlığın proqram təminatının yenilənməsi nəticəsində yaranıb-yaranmadığını araşdırır.