UEFA Millətlər Liqasında V turun növbəti oyunları keçirilib

UEFA Millətlər Liqasının qrup mərhələsində V turun növbəti oyunları bu gün baş tutub.

Trend xəbər verir ki, A, B, C və D liqalarında ümumilikdə 10 qarşılaşma keçirilib.

A Liqasının 2-ci qrupunda Niderland millisi doğma meydanda Yunanıstan yığmasını qəbul edib.

Almaniya millisi isə səfərdə Serbiya yığması ilə qarşılaşıb.

UEFA Millətlər Liqası

Qrup mərhələsi:

Niderland – Yunanıstan 7:0

Serbiya – Almaniya 1:3

Şotlandiya - Şimali Makedoniya 2:1

Sloveniya - İsveçrə 0:0

Moldova – Qazaxıstan 2:1

Slovakiya - Farer adaları 2:2

Bolqarıstan – İslandiya 0:5

Lüksemburq – Estoniya 0:1

Andorra - Cəbəllütariq 2:0

Lixtenşteyn - Azərbaycan 0:1