Niderland kralı Villem-Aleksandrın həyat yoldaşı, kraliça Maksima hərbi hazırlığı başa vurduqdan sonra ehtiyatda olan zabit kimi quru qoşunlarının polkovnik-leytenantı rütbəsinə layiq görülüb.
Yerli mediaya istinadən, bu barədə Niderland Kral Evinin məlumatında bildirilib.
"Niderland kraliçası Maksima ehtiyatda olan digər 23 zabitlə birlikdə quru qoşunlarının komandanı general-leytenant Yan Svillensə and içib. Ehtiyatda olan hərbçi kimi hərbi hazırlığı başa vurduqdan və and içdikdən sonra o, quru qoşunlarının polkovnik-leytenantı rütbəsini alıb", - məlumatda qeyd olunub.
Mərasim noyabrın 13-də Breda şəhərindəki Kral Hərbi Akademiyasında baş tutub.