Türkiyə və Qətər müdafiə sazişi imzaladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani İstanbulda keçirilən yüksək səviyyəli danışıqlar zamanı qarşılıqlı müdafiə sazişi imzalayıblar.

Ərdoğan bildirib ki, Ankara və Doha Fars körfəzi bölgəsində münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün birgə işləməyə davam edəcəklər.

Tərəflər həmçinin sülh, barışıq və münaqişələrin həlli üzrə əməkdaşlıq memorandumu imzalayıblar.