Sahibsiz itlər 12 yaşlı qızı öldürdü

Pakistanda məktəbə gedən 12 yaşlı qız sahibsiz itlərin hücumu nəticəsində həyatını itirib.

“Dawn” qəzetinin məlumatına görə, hadisə noyabrın 8-də Bahavalnagar şəhərinin kənarındakı Yasin Ka ərazisində baş verib.

Rehana Bibi digər şagirdlərlə birlikdə mədrəsəyə gedərkən təxminən 10 sahibsiz itin hücumuna məruz qalıb. Qız heyvanlardan qaça bilməyib və aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Yoldan keçənlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yerli sakinlərin sözlərinə görə, son iki ayda ərazidə sahibsiz itlər uşaqlara 13 dəfə hücum edib.

Onlar hadisədən sonra aidiyyəti qurumlardan təcili tədbirlər görülməsini tələb ediblər.