“İran rəhbərliyi cəhənnəmə getsin”

ABŞ-nin maliyyə naziri Skott Bessent Amerika administrasiyasına qarşı səsləndirilən təhdidlərə cavab olaraq İran rəhbərliyinə “cəhənnəmə gedin” deyib. Bu haqda “Clash Report” məlumat yayıb.“İran rəhbərliyi cəhənnəmə getsin. Onların mənə və Nazirlər Kabinetinin digər üzvlərinə ölüm hədələri göndərməyə başlaması məni qorxuda bilməz – biz geri çəkilməyəcəyik. Bu, sadəcə onu göstərir ki, “İqtisadi Təcrid” (Economic Outcast) əməliyyatı çərçivəsində atdığımız addımlar öz bəhrəsini verir”, – deyə o bildirib.