Avqust ayından bəri Yəməndə davam edən münaqişə nəticəsində 333 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) məlumat yayıb.
Bildirilib ki, avqustun əvvəlindən indiyədək 72 mülki şəxs həlak olub, 217 nəfər yaralanıb. Mülki itkilərin yarısını uşaqlar, təxminən üçdə ikisini isə qadınlar və uşaqlar təşkil edir.
Qeyd olunub ki, təkcə son bir həftədə 24 mindən çox insan evlərini tərk edib. Ölkənin cənub-qərbində yerləşən Taiz əyalətində 140 mindən çox məcburi köçkün yaşayır.