Biləsuvarda motosikletlə yük avtomobili toqquşdu:

BİLƏSUVAR, 13 noyabr. TELEQRAF

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan motosikletlə “Mercedes Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü, 2005-ci il təvəllüdlü rayon sakini E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.