28 gün onu gözlədilər – “Rembo” ləqəbli Rafiq Bəyverdiyevin əfsanəvi qəhrəmanlığı - Video

Hər dəfə şəhidlərimizdən yazı hazırlayarkən onların həyatında, döyüş yolunda diqqətçəkən məqamlarla qarşılaşırıq. Bu dəfə haqqında söz açacağımız Vətən müharibəsi şəhidi, Qusar rayonunun Cibir kəndindən olan Rafiq Nurməmməd oğlu Bəyverdiyevdir. Onun da həyat və döyüş yolu qəhrəmanlıq nümunələri ilə zəngindir.

Sağlığında göstərdiyi igidliklə əsl qəhrəman kimi tanınan Rafiq Bəyverdiyev 1998-ci il iyunun 1-də Qusar rayonunun Cibir kəndində dünyaya gəlib. Kənd məktəbini bitirdikdən sonra Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Aprel döyüşlərində iştirak edib.

Şəhidin anası Səlminaz Bəyverdiyeva oğlunun xatirələrini həm böyük həsrət, həm də qürurla yada salır.

Ətraflı videosüjetdə:

Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu