Finlandiyanın NATO-dan çıxması tələbi... - Kreml

Rusiya Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı danışıqlar çərçivəsində Finlandiyanın NATO-dan çıxmasına dair tələb irəli sürməyib.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bundan xəbərim yoxdur. Xeyr, belə bir tələb irəli sürülməyib. Əlbəttə, bu məsələ ümumiyyətlə müzakirə olunmayıb”, - o bildirib.

Qeyd edək ki, Rusiyanın Finlandiyanın NATO-dan çıxması və Alyansın Baltikyanı ölkələrdəki bazalarından imtina etməsi ilə bağlı tələb irəli sürdüyü bildirilmişdi.