Firəngiz Əlizadə: “İş tapa bilməyən gənc bəstəkarlar yanıma gəlib ağlayırlar”

“Bu gün bizim bəstəkarlar çox acınacaqlı vəziyyətdə yaşayırlar”.

Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirə zamanı deyib.

Xalq artisti bildirib ki, artıq diplomda bəstəkar sözü yazmırlar:

"Artıq bəstəkarlıq fakültələri yavaş-yavaş bağlanır və ya başqa fakültələrlə birləşir. Bir neçə ildir heç kim bəstəkarlığa qəbul olmaq istəmir. Nə üçün? Ona görə ki, nə bəstəkara qiymət verən var, nə də onun əsərlərini alan. Şəxsən mən 2007-ci ildən Mədəniyyət Nazirliyinin alqı-satqı komissiyasının üzvüyəm.

Bir dəfə də olsun biz yığışmamışıq, mənim xəbərim yoxdur heç nədən. Gənc bəstəkarlar yanıma gələrək ağlayırlar. Onlar işə götürülmədiklərini deyirlər".

Günay Şahmar, Bizim.Media