İran Silahlı Qüvvələri ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə İran Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin cənubunda, Kuhestak bölgəsində baş verib. PUA İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək məhv edilib.
İran Ordusu ölkənin ərazi bütövlüyünün, dəniz sərhədlərinin və milli maraqlarının müdafiəsi istiqamətində qətiyyətli mövqeyini davam etdirəcəyini bəyan edib.