Bakıda kafedə baş verən insidentlə bağlı saxlanılanlar var

Paytaxtın Nərimanov rayonunda kafelərdən birində insident baş verib.

Trend-in məlumatına görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər üç nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.