Xankəndi, 13 noyabr, AZƏRTAC Xankəndidə həyətlərin birində göyərçinlərə dən verən, onlarla sanki söhbət edirmiş kimi əzizləyən yaşlı kişi diqqətimizi çəkir. Quşlara xüsusi qayğı ilə yanaşan bu insanın onlarla bağlı maraqlı bir hekayəsi var. Məlum olur ki, o, 38 il əvvəl Xankəndini tərk edərkən göyərçinlərini də özü ilə aparıb. Köçkünlük illərində harada yaşamasından asılı olmayaraq quşlarını qoruyub saxlayıb, onların nəslini davam etdirib. İndi isə illər əvvəl ayrıldığı doğma şəhərə qayıdarkən göyərçinləri də özü ilə gətirib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 73 yaşlı Fəxrəddin Əhmədov bu il avqustunda 38 illik ayrılıqdan sonra doğma Xankəndiyə, ata evinə qayıdıb. Artıq üç aydır ki, burada yaşayır. İndi hər gün sevimli məşğuliyyəti ilə – illərdir ayrılmadığı göyərçinlərinə qulluq etməklə vaxt keçirir. Fəxrəddin kişi quşlarına dən verir, su qablarını doldurur, onları əzizləyir. Həyətdəki sarı və çil göyərçinlərə baxdıqca 38 il əvvəl özü ilə doğma şəhərdən apardığı quşları xatırlayır.“1988-ci ildə 35 yaşımda Xankəndindən ata evimdən çıxdım. Hara getsəm də, Xankəndidən çıxartdığım göyərçinləri özümlə apardım. Göyərçinlər mənim hobbimdir, mənim həyatımdır. Buradan apardığım göyərçinlərin nəslini 38 il sonra yenidən öz doğma ata evimə gətirmişəm”, – deyə Fəxrəddin Əhmədov bildirir.Deyir ki, Xankəndini tərk edərkən göyərçinlərinin sayı 25-30-a yaxın olub. Köçkünlük illərində Şuşada, Ağdamda, Ağcabədidə, İmişlidə, Lənkəranda və Bakıda yaşasa da, quşlarını heç vaxt yanında ayırmayıb. İndi həyətdə gördüyümüz sarı və çil göyərçinlər həmin quşların nəslindəndir.“Aradan 38 il keçib. Bu sarı, çil göyərçinlər həmin göyərçinlərin nəslindən qalandır. Apardığım göyərçinlərin nəslindəndir bunlar. Mən bunlarla yaşayıram, bunlarla nəfəs alıram”, – deyə həmsöhbətimiz əlavə edir. Fəxrəddin Əhmədovla söhbətimizi evdə, çay süfrəsi arxasında davam etdiririk. Bu dəfə xatirələr bizi illər əvvələ – onun uşaqlıq və gənclik dövrünə, ailəsinin xoş günlər yaşadığı ata ocağına aparır. Məlum olur ki, onun üçün bu ocaq sadəcə yaşadığı məkan deyil, uşaqlığının, gəncliyinin, ailə həyatının ən unudulmaz anlarının keçdiyi doğma ünvandır.Söhbət zamanı öyrənirik ki, evin tarixi də az qala bir əsrə yaxındır. Atası bu evi 1936-cı ildə tikib. Fəxrəddin Əhmədov isə 1953-cü ildə elə bu evdə dünyaya göz açıb. Beş oğul, iki qızın böyüdüyü ocaq ailənin ən xoş xatirələrini özündə yaşadır.“Atam çox zəhmətkeş insan idi. Bizi böyüdüb, ərsəyə çatdırıb. İki qız gəlin köçüb. Beş qardaşımın toyu burada olub. Mənim toyum da bu evdə olub. 20 yaşında yoldaşımla ailə qurmuşam. Gözəl günlərimiz bu evdə çox olub. Gözəl yaşamışıq”, – deyə Fəxrəddin Əhmədov xatırlayır.Ancaq 1988-ci ildə bu xoş günlər yarımçıq qalır. Ailə doğma şəhərini tərk etməyə məcbur olur. Əvvəlcə dörd il Şuşada yaşayırlar. Daha sonra yenidən köçkünlük həyatı başlayır. Ağdamda bacısının evinə sığınan ailə oradan Ağcabədiyə, İmişliyə, Lənkərana köçür, sonda Bakıda yataqxanada məskunlaşır.Müxtəlif ünvanlarda keçən illər ərzində doğma şəhərə, ata evinə qayıtmaq ümidi isə heç vaxt sönmür. Fəxrəddin Əhmədov deyir ki, köçkünlük həyatının ən ağır tərəfi doğma ocağından uzaqda yaşamaq idi. Səhhətindəki problemlər bu həsrəti daha da ağırlaşdırırdı.“Bakıda olduğum illərdə hər gün, hər saat Allahdan möhlət istəmişəm ki, gedib ata yurdumda, evimdə ölüm. Allaha deyirdim, mənə möhlət ver, gedim evimdə yaşayım, ondan sonra nə edirsən, özün bilərsən”, – deyə o, kövrək hisslərlə danışır.Xankəndinin azad olunması xəbərini eşidəndə keçirdiyi sevinc hisslərini ifadə etməkdə çətinlik çəkdiyini söyləyir. Nəhayət, 2026-cı il avqustun 14-də bu arzusuna qovuşur. İllərlə həsrətində olduğu ata evinə dönməsi Fəxrəddin kişinin həyata bağlılığını, yaşamaq eşqini daha da artırır. “İndi isə Allahdan ömür istəyirəm. Doğma yurdda ailəmlə, balalarımla, nəvələrimlə yaşamaq istəyirəm. Dövlətimizə minnətdarlığımı bildirirəm. Dövlətimiz var olsun, gözəl şərait yaradıb. Allaha şükür, indi ata yurdumda, atam evində yaşayıram. Şəhidlərə, qazilərə minnətdaram. Ali Baş Komandanımıza dərin təşəkkürümü bildirirəm. Var olsun dövlətimiz, var olsun ordumuz”, – deyə Xankəndi sakini bildirir.Doğma evə qayıtdığı ilk günlərdə yaşadığı başqa bir hadisə də onun yaddaşında dərin iz buraxıb. Xankəndiyə çatar-çatmaz atasının məzarını ziyarət etməyə gedir. Lakin qəbiristanlığın dağıdıldığını görür. Bu mənzərə onu o qədər sarsıdır ki, halı pisləşir. Onun həyat yoldaşı Səadət Əhmədova da bu evə qayıdışın sevincini yaşayır. 1977-ci ildə gəlin gəldiyi evdə iki övlad böyüdüb. Ayaqqabı sexində işləyib, ailəsi ilə birlikdə Xankəndidə xoş günlər keçirib. Köçkünlük illərində isə doğma şəhərinin, evinin həsrəti ilə yaşayıb.Səadət xanım deyir ki, doğma yurda qayıdacaqları günü uzun illər səbirsizliklə gözləyiblər. Avqustun 14-də yenidən Xankəndidəki evlərinə köçəndə yaşadıqları sevinc və həyəcanı sözlə ifadə etmək çətin olub.“Bura köçən günü çox kövrəldik, ağladıq. İnanmırdıq. Gecə yatıb səhər oyananda deyirdim, yəni Xankəndidəyik?”, – deyə Səadət Əhmədova bildirir.O, bu günə görə şəhidlərə rəhmət, qazilərə şəfa diləyir, dövlət başçısına minnətdarlığını ifadə edir. Ən böyük arzusu isə doğma yurdlarından didərgin düşmüş bütün insanların öz evlərinə qayıtmasıdır.Fəxrəddin Əhmədovun həyətində göyərçinlər yenə qanad çalır. Bir vaxtlar Xankəndidən özü ilə apardığı quşların nəsli indi doğma şəhərdə, ata evinin həyətində yaşayır. 38 il əvvəl yarımçıq qalan həyat bu gün doğma ocaqda yenidən davam edir. Fəxrəddin kişi üçün bundan böyük xoşbəxtlik yoxdur. İndi o, illərlə həsrətində olduğu evində, ailəsinin yanında, sevimli göyərçinlərinin əhatəsində yaşayır. Vaxtilə bu həyətdən özü ilə apardığı göyərçinlər kimi, özü də nəhayət, doğma yuvasına qayıdıb. Müxbir – Tahir Ağaməmmədov
Bu gün
2666 xəbər bu gün
Perunun And dağlarında yerləşən La Rinconada qəsəbəsi qeyri-adi həyat şəraiti ilə diqqət çəkir. Dəniz səviyyəsindən 5100 metr yüksəklikdə yerləşən bu yaşayış məntəqəsi dünyanın ən yüksək daimi yaşayış məskəni hesab…
Əbu-Dabi məhkəməsi Usman Nurməhəmmədov və Merab Dvalişvili arasında baş verən insidentlə bağlı 10 təqsirləndirilən şəxs barəsində hökm çıxarıb.
2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57 milyard 523 milyon 400 min manat təşkil edib. Satışlarda ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8% artım müşahidə olunur…
Yaponiyanın “Toyota” avtomobil brendinin Azərbaycandakı rəsmi dilerlərindən biri olan “Toyota Abşeron Center” MMC-də rəhbər dəyişikliyi baş verib. Şirkətin rəhbərliyinə Rəcəb Feyzullayev İbad oğlu gətirilib. O, bu…
Hörmətli cənab Prezident! Əməyimə yüksək qiymət verərək məni Azərbaycan Respublikası …
Hörmətli cənab Prezident, Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə Qırmızı qəsəbə …
Hörmətli cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Möhtərəm cənab Prezident, Azərbaycan radiosunun 100 illik yubileyi və radio və televiziya …
Hörmətli cənab Prezident! Mən 2020-ci ilin payızından sonra Sizi özlüyümdə və …
Möhtərəm cənab Prezident. Müzəffər Ali Baş Komandan! Sizi 8 Noyabr – Zəfər Günü …
Hörmətli cənab Prezident. Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin, milli birliyi …
Müzəffər Ali Baş Komandan! Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu işğal altındakı …
Hörmətli cənab Prezident! Mən, Məmmədov Samir, Göygöl rayonu, Xəqani kənd sakini olaraq, …
Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində ikitərəfli görüşlər keçirib / TRT Azerbaycan
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 15-i gündüzdən 16-sı axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya…
Çinin Şanxay şəhərində yerin 88 metr dərinliyində yerləşən qeyri-adi otel diqqət çəkir. Tərk edilmiş və su ilə dolmuş nəhəng daş karxanasında inşa edilən 18 mərtəbəli binanın 16 mərtəbəsi qayalıqların arasında yerləşir…
Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisəni törədən şəxslərdən…
Qəzza zolağının Deyr əl-Bələh şəhərində yeni evlənən cütlüyün toy günü faciəyə çevrilib. İsrail ordusunun toy məkanının qarşısında gözləyən avtomobili pilotsuz uçuş aparatı ilə vurması nəticəsində 26 yaşlı Nəşət Fuad…
“Bu gün bizim bəstəkarlar çox acınacaqlı vəziyyətdə yaşayırlar”. Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya…
U2 musiqi qrupu əfsanəvi amerikalı müğənni Dolli Partonun sonuncu studiya yazısı hesab edilən mahnısını yayımlayıb. Mahnı noyabrın 13-də işıq üzü görən U2 qrupunun 16-cı studiya albomu “Carnaval De Luz”a daxil edilib və…
Dünya bazarında neft qiymətləri ardıcıl ikinci həftə ucuzlaşmağa doğru gedir. ABŞ-ın İrana qarşı blokadanı davam etdirmək niyyəti Yaxın Şərqdə genişmiqyaslı hərbi eskalasiya ehtimallarını azaldıb və enerji bazarlarında…
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə süni intellekt vasitəsilə yaradılmış musiqinin İtaliyada Azərbaycan simfonik musiqisi kimi təqdim olunmasına etiraz edib. O bunu Milli Məclisin…
Paytaxtın Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də…
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə gənc bəstəkarların iş və dolanışıq problemi yaşadığını, onların əsərlərinin isə yetərincə ifa olunmadığını açıqlayıb. “Bu gün ən acınacaqlı vəziyyətdə bizim bəstəkarlar…
Paytaxtın Nərimanov rayonunda kafedə insident baş verib. Insidentlə bağlı polis tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib.Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər 3 nəfərin də…
Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"…
14–15 noyabr tarixlərində bürclər üçün münasibətlər, maliyyə və şəxsi qərarlar ön plana çıxacaq. Merkuri və Veneranın geriləmə hərəkətinin başa çatması ilə ünsiyyətdə aydınlıq, münasibətlərdə isə yeni fürsətlər yarana…
İngiltərənin tanınmış klublarından olan "Mançester Yunayted" yeni baş məşqçisinin adını ictimaiyyətə açıqlayıb. Komandanın sükanı arxasına Maurisio Poçettino keçib. Klub rəhbərliyi argentinalı çalışdırıcını Maykl…
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ləğv olunmuş Tərcümə Mərkəzinin yerləşdiyi binanın yenidən mədəniyyət ocağı kimi istifadəyə verilməsi və quruma aid olmuş büdcənin AYB-yə ödənilməsini istəyib. Anar…
Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan diplomatik təmaslar regionda sülh perspektivlərini yenidən gündəmə gətirib. Tərəflər arasında sülh prosesinin…
Nəsimi Rayon Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadənin barəsində seçilmiş həbs qətimkan…
Türkiyənin tanınmış aktyoru, rejissoru və müğənnisi Özcan Deniz yeni “Son Yemek” filmini təqdim etmək üçün Bakıya gəlir. Yenicag.az xəbər verir ki, 23 noyabr 2026-cı il tarixində Park Cinema Flame Towers…
“Son illərdə mədəniyyətin inkişafı ilə bağlı çatışmazlıqlardan danışmaqdan sanki bir qədər çəkinirik. Hər şey inkişaf edir, hər şey yaxşıdır, çox gözəldir. Sənətkarlarımız bu sahədə çalışır, mədəniyyətimiz dünyada təbliğ…
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə...
Külli miqdarda dələduzluqda ittihamı edilən, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində qərar qəbul olunub. Nəsimi...
“Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin növbəti sammitində iştirakı, keçirdiyi görüşlər və Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər…
Xitab24.az-a istinadla, məsələ ilə bağlı 1990-cı il təvəllüdlü Yevlax sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Həmin şəxs…
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC "Bakı Fond Birjası" QSC-də daha 95 min manat dəyərində yeni səhm yerləşdirməyə hazırlaşır. Bu barədə qiymətli kağızların emissiya prospektinə…
Azərbaycan etibarlı dövlət olaraq beynəlxalq miqyasda strateji tərəfdaşlıq əlaqələrini də genişləndirir. Bu münasibətlər müxtəlif məzmunlu sənədlərdə əksini tapır. Belə sənədlərdən biri də ötən gün - noyabrın 12-də…
Bakının Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı 3 nəfərin şəxsiyyəti müəyyən olunub. Hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb. Şəxsiyyəti müəyyən edilənlərin saxlanılması istiqamətində…
Gənc dirijorlar xaricdə süni intellektlə hazırlanan musiqini Azərbaycan sinfonik musiqisi kimi təqdim edir Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət komitəsinin…
"Mingəçevir" futbol komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xatırladaq…
Mədəniyyət Nazirliyinə büdcədən vəsait ayrılır, sonra bu, nazirlik tərəfindən ayrı-ayrı sahələr üzrə bölüşdürülür, lakin Rəssamlar İttifaqı ona ayrılan vəsaitin məbləğini əvvəldən bilmədiyi üçün problem yaşayır. Bunu…
Mədəniyyət Nazirliyinə büdcədən vəsait ayrılır, sonra bu vəsait nazirlik tərəfindən ayrı-ayrı sahələr üzrə bölüşdürülür. Lakin biz Rəssamlar İttifaqı olaraq ayrılan vəsaiti əvvəlcədən bilmirik deyə problem yaşayırıq…
Polis polkovniki, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında iki qızıl medal qazanıb. 63…