Xalq artisti Zabit Nəbizadə allergiyadan necə müalicə olunduğunu açıqlayıb.
Axşam.az-a istinadən, xanəndə bu barədə “İncə səhər” verilişində danışıb. O bildirib ki, allergiyaya qarşı xalq təbabətindən istifadə edir:
“Allergiyaya qarşı mənə tut yarpağı məsləhət görüblər. Oktyabrın sonu, noyabrın əvvəllərində ağacdan yığıb qurudursan. Sonra onu dəmləyib içirəm. Bir gün uşaqlara da demişəm ki, Space TV-nin qarşısındakı tut ağacından mənə yarpaq yığıb gətirsinlər. Bir tələbəm soruşdu ki, nə edirsən? Cavab verdim ki, allergiyama görə içəcəyəm. Dedi, sizə ud hindi gətirəcəyəm. İndi allergiyamı onunla müalicə edirəm”.