“Milan”ın və Niderland millisinin keçmiş yarımmüdafiəçisi Rud Qullit Lionel Messi və Kriştiano Ronaldo arasında seçim etməyib.
Qullit “Kristal Palas”ın keçmiş sahibi Saymon Cordanla söhbətində bu haqda danışıb.
– “Qızıl top” mükafatının qalibi kimi sizin üçün son sual: kim daha yaxşıdır – Messi, yoxsa Ronaldo?
-Bu, ən gülünc sualdır. Bu ikisinin bir-biri ilə rəqabət apardığını uzun müddətdir görmüşəm. Gördüyümə şadam. Hər ikisini də görmüşəm. Maykl Cordanı, Dieqo Maradonanı görmüşəm . Vəssalam.
-Amma kimin ən yaxşı olduğunu bilirsən, Ruud. Kimsə “Qızıl top”u qazanmalıdır. 1987-ci ildə “Qızıl top”u qazananda kimsə səni ən yaxşı oyunçu adlandırdı. Bu o qədər də çətin deyil. Bəlkə də onlardan birini narazı salmaq istəmirsən, amma cavab var.
-Əgər məndən “Qızıl top “u qazandığım zaman ən yaxşı oyunçunun kim olduğunu soruşsaydınız, deyərdim ki, Dieqo Maradona.