Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Sizin qətiyyətli rəhbərliyiniz, müdrik siyasətiniz və Ali Baş Komandanlığınız altında Azərbaycan xalqı tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərə imza atdı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu.

Bu tarixi Qələbə xalqımızın milli qürurunun, birliyinin və dövlətimizin qüdrətinin təntənəsidir.

Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram!

Zəfərimiz əbədi, dövlətimiz daim müstəqil və qüdrətli olsun!

Hörmətlə,

Abdullayev Elxan

Azərbaycan Respublikası, Şəki şəhəri