Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?

Estoniya Ukraynaya əlavə olaraq 6,5 milyon avro yardım ayıracaq.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna danışıb.

Nazirin sözlərinə görə, hökumət Estoniyanın dəmir yolu şirkətləri ilə birlikdə Ukraynaya 4,5 milyon avro ayıracaq. Bu vəsait lokomotivlərin alınmasına sərf olunacaq.

Bundan əlavə, Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədi daşıyan "SPUR 2.0" proqramına daha 2 milyon avro yönəldiləcək.

Qeyd edək ki, bundan əvvəl Estoniya parlamentinin deputatı Varro Voqlaid Ukraynanın bərpasına həsr olunmuş konfransa 13,5 milyon avro xərclənməsi ilə bağlı xarici işlər nazirinə müraciət edib. O, bu addımın Estoniyaya hansı fayda verəcəyinin izah olunmasını istəyib.