Bakı, 12 noyabr, AZƏRTAC Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb.Bu barədə AZƏRTAC-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. İşin hallarına əsasən, hadisə 2025-ci il iyulun 13-də saat 22:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Mehdiabad–Pirşağı şossesində baş verib. Belə ki, “Kia Rio” markalı avtomobili idarə edən şəxs yaşayış məntəqəsində müəyyən edilmiş saatda 60 kilometr sürət həddini aşaraq 90–100 km/saat sürətlə hərəkət edib. O, qarşısında eyni istiqamətdə hərəkət edən “Hyundai Santa Fe” markalı avtomobili ötmək məqsədilə bütöv xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb. Bu zaman sürücünün idarə etdiyi avtomobil qarşıdan gələn “Skoda Rapid” markalı avtomobillə toqquşub. Toqquşmadan sonra “Kia Rio” markalı avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı avtomobildə sərnişin qismində olan sürücünün atası aldığı ağır xəsarətlərdən həyatını itirib. Həmin avtomobilin digər iki sərnişininin sağlamlığına ağır, “Skoda Rapid” markalı avtomobilin sürücüsünün və sərnişininin sağlamlığına isə az ağır zərər dəyib. Aparılmış məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası nəticəsində müəyyən edilib ki, sürücü yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib və hadisənin qarşısını almağa texniki imkanı olub.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisi və digər iki zərərçəkmiş şəxs apellyasiya şikayətləri verərək cəzanın yüngülləşdirilməsini və Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsini xahiş ediblər.Apellyasiya şikayətlərində bildirilib ki, məhkum törətdiyi əməldən peşman olub, zərərçəkmiş şəxslərlə barışıq əldə edib və onlara dəymiş ziyanı ödəyib. Zərərçəkmiş şəxslər də məhkuma qarşı hər hansı şikayət və tələblərinin qalmadığını, onun azadlıqdan məhrum edilməsini istəmədiklərini bildiriblər. Bununla yanaşı, hadisə nəticəsində atasını itirmiş məhkumun ailənin yeganə gəlir gətirən üzvü olduğu, onun azadlıqdan məhrum edilməsinin ailənin maddi vəziyyətinə ciddi təsir göstərəcəyi də məhkəmənin diqqətinə çatdırılıb.Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin təqsirliliklə bağlı nəticəsini qanuni və əsaslı hesab edib.Məhkəmə kollegiyası qeyd edib ki, şəxsin Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiqlənib. Bununla belə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirkarın şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır.Apellyasiya instansiyası məhkəməsi məhkumun əvvəllər məhkum olunmamasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb.Məhkəmə kollegiyası belə qənaətə gəlib ki, konkret işin halları məhkumun təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real çəkmədən də islah olunmasının mümkünlüyünü göstərir. Bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi qanuni, əsaslı hesab edilib.Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunub, birinci instansiya məhkəməsinin hökmü cəzanın tətbiqi hissəsində dəyişdirilib. Məhkuma təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilib.
Bu gün
1572 xəbər bu gün
Hörmətli cənab Prezident! Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən …
Hörmətli cənab Prezident! Sizi 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm …
Möhtərəm cənab Prezident! Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə qəsəbəmizin …
Möhtərəm cənab Prezident! Sizi 44 Günlük vətən müharibəsinin 6-cı ildönümü ilə …
Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Sizi 8 Noyabr - Zəfər Gününün 6-cı …
Hörmətli Prezident, cənab Ali Baş Komandan! Sizi Zəfər Günü münasibəti ilə səmimi …
Pakistanlı məşhur televiziya xəbərləri aparıcısı Rabiyə Əhsən Ravalpindi şəhərində yerləşən evində ölü tapılıb.
Sabunçuda qardaşını avtomobillə vuran 23 yaşlı sürücü saxlanılıb.
Almaniyada vəfat edən tanınmış azərbaycanlı bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək.
Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarla bağlı təqdim olunan hesabatda iştirakçıların sayı üzrə uyğunsuzluq müəyyənləşdirilib.
Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxs barəsində çıxarılmış…
Türkiyə hüquq-mühafizə orqanlarının İnterpol və Çexiya rəsmiləri ilə birgə apardığı beynəlxalq əməliyyat nəticəsində rəhbərliyində Azərbaycan vətəndaşının da olduğu 40 milyon avroluq dələduzluq şəbəkəsi çökdürülüb.
İstanbulda hamını şoka salan hadisə yaşanıb.
“Azərbaycanda təxminən 2500-ə yaxın məscid var. Amma bizim təyin edilmiş din xadimlərimizin sayı təxminən 1300 nəfərdir. Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir”. Bunu Dini Qurumlarla…
Qış yaxınlaşdıqca, evlərdə istilik sistemi əsas problemə çevrilir. Mərkəzi istilik siteminin, qazanxanaların hər binaya tətbiq olunmaması səbəbindən vətəndaşlar bəzi binalarda və fərdi evlərdə kombi quraşdırmağa…
Naxçıvanda parkdan donmuş vəziyyətdə olan kişi tapılıb. Hadisə şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında qeydə alınıb. Məlumata görə, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Rəşid Nizami oğlu Qəhrəmanov…
Ermənistanın baş naziri Nikol Paşinyanın Antalyada keçirilən COP31 sammitində iştirakı Türkiyə mətbuatının diqqət mərkəzində olub. Lakin bu dəfə Türkiyə mediasının yayımlarında iqlim müzakirələrinə deyil, Paşinyanın…
“Mədəniyyət sahəsi gələcəkdə Azərbaycanın əsas gəlir mənbələrindən birinə çevrilə bilər”. Bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin…
“Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 2025-ci ildə dini qurumlara və müvafiq fonda 5,8 milyon manat, 2026-cı ildə isə 6,7 milyon manat maliyyə yardımı ayrılmışdı. Bu isə cari ildə 900 min…
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı təqdirdə çox şey itirəcək. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, İrəvan təşkilatda gələcək…
Dünya dəyişir. Bu dəyişiklik dövlətlərin sərhədlərində, siyasi münasibətlərdə, iqtisadi modellərdə və texnoloji imkanlarda görünür. Daha insanların düşüncə tərzi, informasiya istehlakı, bir-birinə münasibəti, peşələrə…
Azərbaycanda təyinat alan din xadimlərinin ən azı üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili var. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə…
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədəAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət…
İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor karyerasındakı sonuncu döyüşü keçirmək niyyətində olduğunu bildirib: “Növbəti dəfə döyüşü baha qiymətə satacam. Sonuncu döyüşümü. Baxaq görək rəqəmlər necə olacaq…
Aleksandr Oveçkinin vida mövsümündə hədəfi böyük olan “Vaşinqton” hələ ki buna uyğun nəticə göstərə bilmir. Elə rusiyalı ulduz da mövsümə çox pis başlayıb. Paytaxt klubu evdə “Dallas”a uduzdu. 41 yaşlı Oveçkin 18…
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC gənc iş adamlarına 6 milyon manatdan çox güzəştli kredit ayırıb. Bunu iqtisadiyyat nazirinin müavini Azər…
“44” filminin təqdim olunduğu gündən onu izləmək üçün səbirsizlənirdik. Nəhayət, uzun zamandır gözlədiyimiz gün gəlib çatmışdı. Biz də iki jurnalist olaraq filmi izləmək və kinoteatrlardakı ab-havanı yaxından müşahidə…
Bakı Apellyasiya Məhkəməsi atasının ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirli bilinən sürücüyə təyin edilmiş həbs cəzasını şərti tətbiq edib. Bakı Apellyasiya Məhkəməsinin…
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan “Trendyol” 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələri və…
“Xaricdə ölsəm, cənazəni Azərbaycana gətirən adam kafirdir. Cənazəm gəlməməlidir”. Bu sözləri şoumen, aktyor Sərxan Kərəmoğlu “Sevilən səhər” verilişində deyib. O, meyitinin yandırılmasını vəsiyyət edib: “Təyyarədə…
Elnarə Akimova Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçilik tariximizin ən mühüm hadisələrindən birini, müstəqil Azərbaycanın hüquqi…
Televiziya efirində kənd təsərrüfatı sahəsində tətbiq edilməsi gözlənilən yeni qaydalar və bələdiyyələrin bu prosesdəki rolu ətrafında qızğın müzakirə aparılıb. Efirdəki müzakirə zamanı aparıcı ilə qonaq arasında ciddi…
"Dövlət başçılarının xarici ölkə liderlərini öz avtomobilləri ilə müşayiət etməsi diplomatik protokol qaydaları baxımından olduqca yüksək qiymətləndirilməli olan yanaşmadır. Çünki diplomatik protokola əsasən, bir ölkə…
"Klub və kitabxanalar hazırkı dövrdə həm də ideoloji mərkəz rolunu oynayır. Bu müəssisələrə yanaşmada əsas meyar yalnız qənaət olmalı deyil. Əsas prioritet ideoloji iş olmalıdır. Odur ki, sözügedən müəssisələrin…
Xəbər verdiyimiz kimi, general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva dələduzluqda şübhəli bilinərək saxlanılıb. Redaktor.az "Unikal"a...
“Mədəniyyət işçilərinin maaşının artırılmasına ciddi ehtiyac var”.
Türkiyəli müğənni Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istədiyini açıqlayıb.
Noyabrın 10-da Almaniyada vəfat edən 83 yaşlı Əməkdar artist, bəstəkar Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Media, kommunikasiya və analitik təhlil şöbəsinin müdiri…
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların…
Noyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı…
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Total Chess World Championship Tour Pilot 2026" turnirinin qrup mərhələsində ilk görüşlərinə çıxıb. C qrupunda mübarizə aparan…
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin fotoları ortaya çıxıb. Avtomobildə olanlar Şəmkir rayon, Qılıncbəyli kənd sakinləri Elgün Abbasov, Ruslan Səfərov və Eşqin Abbasov sinif yoldaşları olublar…
“Mercedes-Benz” şirkətinin Azərbaycandakı fəaliyyəti və Zəfər Günü ilə bağlı mövqeyi ətrafında daha maraqlı faktlar ortaya çıxıb. Tribuna.az-ın daha əvvəl apardığı…
Əli Mirəliyevi o qədər ərköyünləşdirdilər ki, Alim Qasımovu aşağalmaq məqamına gəlib çatdı. Əli Mirəliyevdə günah yoxdur. Belə səviyyəsiz və nitqi…
“İnşaat Konstruksiyaları” MMC aldığım mənzilimi ikinci şəxsə satıb. Bir ildən çoxdur ki, məhkəmələrdə qalmışam, amma heç bir nəticə yoxdur”. Tribuna.az…