Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Sizi Zəfər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik!
Azərbaycan torpaqları və xalqı son 200 illik tarixində bir çox zamanlarda işğala və zülmə məruz qalmışdır.
Sizin məğrur liderlik və cəsarətli siyasətiniz sayəsində Azərbaycan əsgəri şanlı bir Zəfər tarixi yazdı və sizin gözəl bir ifadəniz mənim üçün unudulmazdır: "Ədaləti kimsə bizim üçün bərpa etməyəcək bunun üçün özümüz iradə və qətiyyət göstərməliyik!"
Var olun, cənab Prezident!
Hörmətlə:
Yaqubov Xatəm
Azərbaycan Respublikası, Lənkəran şəhəri