Möhtərəm cənab Prezident!

Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə qəsəbəmizin Abdallı məhəllə məscidinin dini icması adından səmimi qəlbdən təbrik edirəm.

Bu şanlı Zəfər xalqımızın birliyinin, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və Vətən sevgisinin nəticəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

İslamın bizə öyrətdiyi birlik, qardaşlıq, mərhəmət və ədalət dəyərləri daim yolumuza işıq olsun. Allah dövlətimizi, xalqımızı və Vətənimizi qorusun.

Zəfərimiz daim olsun!

Hörmətlə,

Xasməmmədov Orxan

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi