Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı

AFFA İntizam Komitəsi II Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.

"Şəmkir"in futbolçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə oyunun 90-cı dəqiqəsində referini təhqir edib.

Qırmızı vərəqə alan oyunçu dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib.

"Difai"nin məşqçisi Əli Hüseynov isə "Zəngəzur"la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib.