Qubada qəbiristanlıqda meyit tapılıb

Quba rayonunda qəbiristanlıqda meyit aşkarlanıb. Hadisə noyabrın 11-də qeydə alınıb. Cimi kənd sakini 1976-cı il təvəllüdlü E.Qədirovun meyiti Quba şəhərinin ərazisində yerləşən qəbiristanlıqda tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Araşdırma aparılır.