Tramp: “93 faizlik deyil, tam qələbə qazandığımıza əmin olmaq istəyirik”

ABŞ Prezidenti Donald Tramp İranla müharibə və ölkəsinin xarici siyasəti ilə bağlı bir sıra açıqlamalar verib.

Tramp qələbə qazandıqlarını, lakin bunun tam qələbə olduğuna əmin olmaq istədiklərini bildirib.

“Biz qalib gəldik. Sadəcə, 93 faizlik deyil, tam qələbə qazandığımıza əmin olmaq istəyirik”, – deyə o vurğulayıb.

O bildirib ki, Amerika İranla müharibəyə başlamayıb:

“İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır. Buna çoxdan son qoyulmalı idi. Ümid edək ki, artıq bu ölkəni dağıtmağa ehtiyac qalmayacaq”.