Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bilindi

Millətlər Liqasının D Liqasında keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Matçı Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Kristo Tohver olacaq. Ona yan xətdə Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək. VAR hakimi Marko Liva, VAR hakiminin köməkçisi isə Yuri Frişer olacaq.

Noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23.45-də start götürəcək.