Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqların ikinci raundu başlayıb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edir.
ABŞ tərəfdən isə prezidentin xüsusi nümayəndələri Stiven Vitkoff və Cared Kuşner qatılıb.
Görüş iştirakçıları təhdidlərin qarşısının alınması və regional sabitliyin gücləndirilməsi mexanizmlərinin hazırlanmasına diqqət yetirəcəklər.
“Politico” mənbələrə istinadla bildirib ki, ərazi məsələsi də müzakirə oluna bilər.
Noyabrın 10-da başlayan danışıqlar həm də təhlükəsizlik zəmanətlərinə yönəlib.