“Azər Pak” nizamnamə kapitalını yarım milyondan çox azaldıb

“AZƏR PAK” MMC nizamnamə kapitalının 8 mln 185 min manatdan 7 mln 530 min manata endirildiyini elan edib.

Şirkətin nizamnamə kapitalı 654 800 manat və ya 8% azalıb.

Xatırladaq ki, Azər Pak MMC 2004-cü ildən etibarən yuyucu vasitələrin istehsalı üzrə ölkə ərazisində fəaliyyət göstərir.

Kreditorlar tələblərini bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, M. Cəfərov küçəsi, ev 8, ofis 14C ünvanına bildirə bilərlər.