Bakı, 11 noyabr, AZƏRTACHindistanın Kalkutta hava limanında Mumbaya uçmağa hazırlaşan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsində qaçırılma xəbərdarlığı aşkarlanıb.AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, uçuşa az qalmış kabin heyəti üzvləri təyyarənin sanitar qovşağındakı güzgünün üzərində qaçırılma ilə bağlı xəbərdarlıq yazısı aşkar ediblər.Hadisədən sonra göyərtəsində 147 sərnişinin olduğu təyyarə təhlükəsizlik yoxlaması üçün xüsusi əraziyə aparılıb, sərnişinlər təyyarədən endirilib. Yoxlamalara təhlükəsizlik əməkdaşları, yanğınsöndürənlər və bomba mütəxəssisləri cəlb olunub.Hazırda aidiyyəti qurumlar tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.