İrlandiyada Co Baydenə hücum etdilər: “Əllərin qana batıb” – Video

ABŞ-ın sabiq prezidenti Co Bayden İrlandiyada universitetdə iştirak etdiyi tədbir zamanı Fələstin tərəfdarlarının etirazına məruz qalıb.

Bayden oğlu Hanter Baydenin mükafat aldığı Dublin Triniti Kollecində keçirilən tədbirə qatılıb.

Fələstin tərəfdarları universitetin qarşısında toplaşaraq Baydenin tədbirdən çıxışını gözləyiblər.

Etirazçılar onun üzərinə müxtəlif əşyalar atıblar. Mühafizəçilər Baydeni qorumaq üçün çətir açıblar.

ABŞ-ın sabiq prezidentini İsrailə qeyd-şərtsiz dəstək verməkdə ittiham edən aksiya iştirakçıları “Əllərin qana batıb” və “Utan!” şüarları səsləndiriblər.

Hadisə zamanı iki nəfər saxlanılıb. Etirazlar Hanter Baydenin çıxışının da yarımçıq kəsilməsinə səbəb olub.