Bakı, 11 noyabr, AZƏRTAC Cari ilin yanvar-oktyabr aylarında sənaye sektorunda 58 milyard 539,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə qeyri-neft-qaz sənayesində 18 milyard 500,7 milyon manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin analoji dövrünə nisbətən 4,8 faiz çoxdur.