Lənkəranda kişi iynədən şoka düşərək öldü

Lənkəranda kişi iynədən şoka düşərək ölüb.

Report-a istinadən, noyabrın 10-u saat 16 radələrində Veravul kənd sakini 1970-ci il təv. Rasim Qasım oğlu Qasımov yaşadığı evdə arvadı Şəfəqin ona iynə vurması nəticəsində şok keçirərək ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.