Danimarkanın "Vestas" şirkətinin Azərbaycanda külək enerjisi layihələrində iştirakı müzakirə edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Vestas" şirkətinin baş vitse-prezidenti Morten Dyrholm ilə Azərbaycanda külək enerjisi layihələri və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik. Şirkətin layihələrdə iştirakı və müasir külək enerjisi texnologiyalarının tətbiqi barədə fikir mübadiləsi apardıq", - deyə nazir bildirib.