Milli komandaların alternativ dünya reytinqi açıqlanıb.
"Football Paradise" platformasının hazırladığı "FP World Ranking" siyahısı son beynəlxalq matçların nəticələri əsasında gündəlik yenilənir.
Azərbaycan millisi 219 komandanın yer aldığı cədvəldə 1 286 xalla 183-cü pillədə qərarlaşıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin aktivinə son nəticələrə əsasən, 9.1 reytinq xalı əlavə olunub. Yığmamız Avropa komandaları arasında 42-ci yerdədir.
Siyahının ilk pilləsində 2 210 xalla İspaniya qərarlaşıb. Argentina 2 129 xalla ikinci, İngiltərə isə 2 085 xalla üçüncüdür.
Qeyd edək ki, bu, FIFA-nın rəsmi dünya reytinqi deyil. FIFA-nın son açıqladığı sıralamada Azərbaycan millisi 126-cı yerdədir. (Oxu.az)