Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb

Bu barədə Rusiya mediası məlumat yayıb.

Görüşdə Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.

Qeyd edək ki, buna qədər Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin ABŞ və Avropa İttifaqı (Aİ) təmsilçiləri ilə koordinasiya görüşü olub. Görüş Rusiya ilə planlaşdırılan üçtərəfli danışıqlardan əvvəl keçirilib.

Görüşdə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın, eləcə də NATO və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər. ABŞ tərəfini isə xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner təmsil edib.