Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidəki üçtərəfli danışıqları bu günlük başa çatıb və noyabrın 11-də davam edəcək.
“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib.
Ukraynanın, Rusiyanın və ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları fasilədən sonra bərpa olunub.
Bu barədə “TASS” xəbər verir.
Əvvəllər məlumat verilmişdi ki, danışıqlar bir saat yarımlıq işdən sonra fasiləyə dayandırılıb.
Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-ın üçtərəfli danışıqları fasilə üçün dayandırılıb.
“İnterfaks”ın verdiyi məlumata görə, bu barədə danışıqlar qrupundakı mənbə bildirib.
Onun məlumatına görə, danışıqlar prosesi bir saat yarımlıq işdən sonra dayandırılıb.
Danışıqların nə vaxt bərpa olunacağı barədə hələ ki, məlumat daxil olmayıb.
Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Ukrayna, Rusiya və ABŞ-nin üçtərəfli danışıqları başlayıb.
Bu barədə Rusiya mediası xəbər verir.
Qeyd edək ki, görüşdə Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov, Rusiya nümayəndə heyətinə isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Danışıqların noyabrın 11-də başa çatacağı gözlənilir.