Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Ukrayna arasında Əbu-Dabidə üçtərəfli danışıqlara start verilib.
TASS-a istinadən, görüş mətbuat nümayəndələri üçün qapalıdır.
Rusiya tərəfindən nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq. Ukraynanın danışıqlar qrupunun rəhbəri isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerovdur.
Qeyd edək ki, bu üç dövlətin danışıqlar üzrə nümayəndə heyətləri bundan əvvəl fevral ayının 18-də Cenevrə şəhərində bir araya gəlmişdilər.
Rusiya - Ukrayna - ABŞ formatında keçiriləcək üçtərəfli danışıqlardan əvvəl Əbu-Dabidə Ukrayna nümayəndə heyətinin Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının rəsmiləri ilə görüşü başlayıb. Bu müzakirələrə ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerin də qatılacağı bildirilir.
Bu barədə məlumatı Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və ölkənin nümayəndə heyətinin başçısı Rustem Umerov özünün "Telegram" kanalında paylaşıb.
"BƏƏ-də fəaliyyətə başladıq. İlk görüşümüz Böyük Britaniya, Fransa, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri ilədir. ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də bu prosesə qoşulacaqlar. Danışıqların növbəti mərhələsindən öncə baxışlarımızı tutuşdurub mövqelərimizi əlaqələndirəcəyik. Bundan sonra isə Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli formatdakı görüş baş tutacaq", - deyə o qeyd edib.