Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Əbu-Dabidə Ukrayna və ABŞ ilə başlayan danışıqlarda sülh istiqamətində irəliləyişə ümid etdiyini bildirib.
Medinski Rusiya nümayəndə heyətinin tərkibinin genişləndirildiyini deyib.
“Nümayəndə heyətimiz böyüyüb, daha peşəkar olub. Ümid edirik ki, sülhə doğru irəliləyə biləcəyik”, – o qeyd edib.
Rusiya heyətində xarici işlər nazirinin müavinləri Mixail Qaluzin və Sergey Ryabkov, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov, Baş Əməliyyat İdarəsi rəisinin müavini Yuri Jiqarlovski və Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi Aleksey Komkov da yer alırlar.
Ukrayna nümayəndə heyətinə Rüstəm Umerov rəhbərlik edir. Heyətə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun müavini Sergey Kislitsa, hərbi kəşfiyyat rəhbərinin müavini Vadim Skibitski və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya daxildir.