İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Məktubda İzmir vilayətində yerləşən metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çoxsaylı insanın həlak olması və xəsarət alması ilə əlaqədar dərin hüzn ifadə olunub.

Dövlət başçısı faciə ilə bağlı Türkiyə Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara şəfa diləyib.

İlham Əliyev məktubunu “Allah rəhmət eləsin!” sözləri ilə tamamlayıb.