17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.
AFFA-nın mətbuat xidmətinə istinadən, heyətə 21 futbolçunun adı daxil edilib.
Bu gündən noyabrın 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq komanda noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, 14-də saat 19:30-da Şimali İrlandiya, 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq.
İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.
Nr. · Adı / Soyadı · Klub
1 · Oqtay Mehrəliyev · Klubsuz
2 · Bilal Hacıyev · Qarabağ FK
3 · Ülvi Abbaslı · Sumqayıt FK
4 · Vaqif Nəbiyev · Qarabağ FK
5 · Cihad Sadıqov · Sabah FK
6 · Ruslan Quliyev · Neftçi PFK
7 · Turan Ramazanov · Turan Tovuz PFK
8 · Emil Quliyev · Neftçi PFK
9 · Tunar Bayramov · Qarabağ FK
10 · Vaqif Məmmədli · Sabah FK
11 · Nicat Əhmədzadə · Marcet (İspaniya)
12 · Əhəd Hacızadə · Qarabağ FK
13 · Yusif Orucəliyev · Qarabağ FK
14 · Şikar Şikar · Neftçi PFK
15 · Tunar Əsgərzadə · Qarabağ FK
16 · Rəsul Balakişiyev · İmişli PFK
17 · Sübhan Əlizadə · Neftçi PFK
18 · Qafar Babayev · Neftçi PFK
19 · Nazim Əliyev · Qrafiçar (Serbiya)
20 · Yusif Quliyev · Qarabağ FK
21 · Daniil Rəcəbov · Qarabağ FK