Bu ölkə Ukraynaya 645 milyon avroluq yardım ayırdı

Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım göstərəcək.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, yeni yardım paketi ilk növbədə dronların alınmasına, eləcə də F-16-lar üçün sursat təminatına yönəldiləcək.

Bundan başqa, Danimarka hökuməti Ukraynanın enerji sektoruna əlavə 20 milyon avro ayırıb.