Qurban Qnrbanov yaxşı tanıdığı şəxsi özünə köməkçi götürdü

“Qarabağ”ın və millinin sabiq yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycana qısamüddətli qayıtmayıb.O, uzun illər formasını geyindiyi kluba xüsusi missiya ilə dönüb.37 yaşlı yarımmüdafiəçi bura dönməklə aktiv futbolçu karyerasını sonlandırıb. Cənubi amerikalı “Qarabağ“da iki mühüm iş görəcək.Bir yandan Braziliyada istedadlı və perspektivli futbolçuları üzə çıxarmaq, onların Ağdam klubunun akademiyasına cəlb olunması üçün seleksiya çalışmasına üstlənib.Digər tərəfdən isə əsas komandada Qurban Qurbanova kömək edəcək. Hələlik qeyri-rəsmi formada məşqçilər korpusunda yer alacaq.Görəvi legionerlərlə bağlı olacaq. Əcnəbi oyunçular üzərində bir növ “nəzarətçi“ funksiyasını yerinə yetirəcək, onların yeni mühitə adaptasiya prosesini sürətləndirəcək.Həmçinin xaricilərlə daim təmas quracaq, baş məşqçi ilə aralarında əlaqələndici olacaq, şəxsi problemləri yaranarsa, həllinə çalışacaq. Əlqərəz, Almeyda legionerlərin 7/24 nəzarətdə saxlayacaq.