Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb.

Xarici mediaya istinadən, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş.

Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb. Uşağın atası dərhal bəbirin arxasınca qaçsa da, oğlunu vaxtında xilas edə bilməyib.

Yırtıcı uşağı təxminən 30 metr sürüklədikdən sonra buraxıb. Boyun nahiyəsindən ağır xəsarət alan azyaşlı həyatını itirib.

Bildirilib ki, Hindistanda son vaxtlar bəbirlərin insanlara hücumu ilə bağlı oxşar hadisələr qeydə alınıb. Yırtıcıları tutmaq üçün ərazilərdə xüsusi qəfəslər də quraşdırılıb.