AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir: Bakı, 10 noyabr, AZƏRTAC Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib. Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb. Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb. Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb. Abdulkadir Uraloğlu: Zəngəzur dəhlizinin bütün hissələrinin dörd ildən sonra istifadəyə verilməsi planlaşdırılır. Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib. KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq.