Xankəndi, 9 noyabr, AZƏRTAC Qarabağ həm birliyimizin, həm də Zəfərimizin rəmzidir. Bu gün işğaldan azad olunmuş ərazilərə yeni nəfəs, yeni ruh, xüsusilə də gənclik ruhu qayıdıb. “Zəfər nəsli” düşərgəsinin təşkili də bunun bariz təzahürüdür.AZƏRTAC xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində keçirilən “Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimində Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov deyib.İdarə rəisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış”a dair I Dövlət Proqramına uyğun görülən işlər nəticəsində həyat yenidən canlanır. Bu gün həmin torpaqlarda gənclərin iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Müxbir-Mikayıl Məmmədov
Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb
Mənbə: azertag.az/xeber/anar_esgerov_isgaldan_azad_olunmus_erazilere_yeni_genclik_ruhu_qayidib-4503006