Cevdet Yılmaz Çin Xalq Respublikasının vitse-prezidenti Han Çenq ilə İstanbulda bir araya gəlib
Türkiyənin vitse-prezident Cevdet Yılmaz "NSosyal" media hesabından görüşlə bağlı etdiyi paylaşımda görüşün səmərəli keçdiyini bildirib.
Yılmaz paylaşımında deyib: "Ölkələrimiz arasındakı əməkdaşlığı daha da irəliyə aparmaq hədəfimizə uyğun olaraq iqtisadiyyat və ticarət, nəqliyyat dəhlizləri, turizm, müdafiə sənayesi, elm və texnologiya başda olmaqla ortaq fəaliyyət sahələrini, eləcə də regional və qlobal prosesləri qiymətləndirdik. Çin Xalq Respublikası ilə qarşılıqlı fayda əsasında iqtisadi əlaqələrimizi daha balanslı və dayanıqlı bir struktura qovuşdurmağı və mövcud əməkdaşlıq mexanizmlərimizi daha səmərəli idarə etməyi prioritet hesab edirik. Cənab Han Cenqə nazik ziyarətinə görə təşəkkür edirəm".