Türkiyənin Adana vilayətinin Kozan rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 15:28-də qeydə alınıb.
Yeraltı təkanların ocağı 15 kilometr dərinlikdə yerləşib.