Rusiya nümayəndə heyəti üçtərəfli danışıqlar üçün Əbu-Dabiyə gəlib

Rusiya nümayəndə heyəti ABŞ və Ukrayna ilə üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə gəlib.

Bu barədə “İzvestiya” nəşrinə rəsmi mənbə məlumat verib.

Bildirilib ki, danışıqlar Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli formatda keçiriləcək. Vaşinqton və Kiyevin avropalılarla ayrıca təmasları görüşün formatına təsir göstərməyəcək.

Məlumata görə, avropalı nümayəndələrə üçtərəfli görüşdə danışıqlar zalından kənarda yer ayrılması nəzərdə tutulur.