“Ürəyim sızladı, həmin yerə getdim” – Bayrağı xilas etməyə çalışan uşaq danışdı - Video

Külək dirəkdən asılan bayraqlardan birini uçurmağa çalışır. Azyaşlı oğlan özündən dəfələrlə böyük olan bu dirəyə dırmanmağa çalışır, bayrağa çatmaq üçün əlindən gələni edir...

Həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. O, ürəyindəki böyük bayraq sevgisi haradandır? sualına belə cavab verir.

Muxtar deyir ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb, ürəyi sızıldayıb.

Görüntülərini də heç tanımadığı biri çəkərək paylaşıb.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: